Qənirə Paşayeva: “Məktəblərdə vahid məktəbli forması tələb olunur və ona da riayət etmək lazımdır”
"Bizim ölkədə sərbəstlik, əqidə azadlığı var və öz evində, küçədə kim necə istəyirsə, elə də gəzə, yaşaya bilər. Ancaq məktəbin məktəbli forması var və bu qaydalara riayət olunmalıdır". Bu barədə SİA-ya açıqlamasında millət vəkili Qənirə Paşayeva hicabla bağlı məsələyə münasibət bildirərkən deyib. O bildirib ki, hər kəs istədiyi zaman bu formanı pozmaq səlahiyyətinə malik olmamalıdır. Q.Paşayevanın sözlərinə görə, məktəblərdə vahid məktəbli forması tələb olunur və ona da riayət etmək lazımdır.
Bu məsələyə münasibət bildirən millət vəkili Hadı Rəcəbli isə SİA-ya açıqlamasında bildirib ki, məktəb dövründə uşaqların düşüncəsi, təfəkkürü hələ hicab geyinməyi dərk etmir: "Bunları uşaq dərk etmədən valideyn onları məcburi geyindirib məktəbə göndərir. Uşaq heç özü də bilmir ki, bu nədi və nə deyil. Bunun da gələcəkdə pis, mənfi fəsadları ola bilər. Ona görə də hicab taxmağı məktəbli geyiminə qatmaq düzgün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB