BŞİH hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır

BŞİH hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır
Hazırda paytaxtda müşahidə edilən güclü yağış səbəbilə Bakı Şəhər İcra Hakimiyyəti gücləndirilmiş rejimdə çalışır. Bu barədə SİA-ya məlumat verən Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, hava şəraitinin dəyişəcəyilə bağlı bütün rayon İcra hakimiyyətləri məlumatlandırılıb. Onun sözlərinə görə, hazırda bütün təsərrüfat birlikləri və İcra Hakimiyyətləri iş başındadır. "Rəhbərlik və bütün qurumlar bazar günü olmasına baxmayaraq, işləyir. İcra başçısı Eldar Əzizov vəziyyətin nəzarətdə saxlanması üçün lazımi tapşırıqları verib".

Bütün xəbərlər Facebook səhifəmizdə