Erməni Yakşiyançın dəstəsi uşaqları necə girov götürdü? - 30 il bundan əvvəl
Ermənizmin terrora meyilli, insanlığa qənim kəsilmiş bir həyat tərzi, milli hiss, milli ideologiya olduğu kimsəyə sirr deyil. SİA Rusiya mətbuatında hələ 30 il bundan əvvəl baş vermiş hadisə barədə dərc edilmiş məqaləni dəyərli oxucuların diqqətinə çatdırmaqla ermənilərin təkcə Azərbaycan və azərbaycanlılara, Türkiyə və türklərə deyil, həmdə vaxtilə hesabına özünə dövlət qurmuş, millət kimi başının üstünə çardaq qazanmış himayəçisinə - Rusiyaya qarşı düşmən kəsiliblər. Terror bu millərin adı ilə yanaşıdır...
...1988-ci ilin 1 dekabrı - Şimali Osetiyanın Vladiqafqaz şəhərinin sakinləri üçün adi günlərdə biri. Bu gün şəhərin 42 saylı məktəbinin 4-cü sinif şagirdləri üçün də sevincli günlərdən idi. Çünki müəllimələri Natalya Yefimova onları kitab çap edilən mətbəəyə ekskursiyaya aparacağını vəd etmişdi. Hər şey planlaşdırdıqları kimi gedirdi, amma sulu qarın başlaması işləri korladı. Qapıda tanımadığı bir kişinin ona valideynlər komitəsindən şagirdləri aparmaq üçün avtobus göndərildiyi xəbərindən də şübhələnmədi. Müəllimə və 32 şagird sakitcə keçib avtobusa əyləşdilər.

Avtobus yerindən tərpənən kimi salonda olan kişilərdən biri irəli keçib: “Siz bizim girovumsunuz”, deyə elan etdi. Həmin dəqiqə lüləsi kəsilmiş silahlar və bıçaqlar göründü. Türrorçular məsələnin ciddi olduğuna məktəbliləri də inandırmaq üçün bu görüntünü yaratdılar.
Cinayətkarlar işlərini planlaşdırdıqları şəkildə səhvsiz yerinə yetirirdilər. Terrorçulardan biri pəncərələrin pərdələrin bağladı, digəri avtobusun salonuna benzinlə dolu bankalar yerləşdirdi. Terrorçular yolüstü avtobusu saxladılar. Məlum oldu ki, dəstənin başçısı keçmiş arvadı və qızının dalınca gedir və onları da girov kimi götürür.

Avtobus 5-in yarısında Şimali Osetiya Vilayət Komitəsinin qabağındakı meydanda dayandı. Dəstənin başçısı müəlliməni qarşısında oturtdu və ona “çirkli milislərə ultimatum” yazmağı əmr etdi. Müəllimə: “Bu necə olur, mən bilmirəm”, deməsi terrorçunu əsəbləşdirdi: “Bu da özünü müəllim sayır. Bəs bu uşaqları necə öyrədirsən?”.
Quldurun diktəsi ilə müəllimə bunları yazdı: “Uşaqlarla dolu avtobus silahlı şəxslər tərəfindən ələ keçirilib, danışıq aparılması üçün telefon lazımdır”. Terrorçu ultimatuma bir cümlə də yazdırdı: "Bizi qurtarın, yalvarırıq!".
Kağızı yazdırandan sonra quldur avtobusdan çıxdı. Qarlı havada “Jiquli”ni ehtiyatla sürən sürücü maşının qarşısında kişi silueti görəndə onsuz da yavaş gedən maşını saxladı. Bu vaxt kişi gödəkcəsinin altından lüləsi kəsilmiş tüfəngi çıxarıb “Jiquli”nin ön şüşəsinə atəş açdı. Qırmalar sürücünün başının sol hissəsinə səpələndi. Quldur ultimatumu maşının oturacağına atıb avtobusa qayıtdı. Baş vermiş hadisədən şoka düşən sürücü qanı axa-axa yaxınlıqdakı milis patruluna yaxınlaşıb kağızı onlara verdi. Saat 17:30-da Vladiqafqaz milisi respublikada fövqəladə hadisənin yaşandığını başa düşdü.

Yakşiyantsın quldur dəstəsi
Cinayətkarlara 38 yaşlı Pavel Yakşiyants rəhbərlik edirdi. O Dağlıq Qarabağın Şuşa şəhərində anadan olmuşdu. Daşkənd şəhər sovetinin deputatı olan atası Orta Asiyada fabrikə rəhbərlik edirdi. Amma oğlu Pavel başqa yolun yolçusu idi. Kiçik Yakşinyants müttəhimlər kürsüsündə ilk dəfə 17 yaşında oğurluğa görə oturub. İkinci dəfə daha sərt ittihamla tutulan Pavel üçüncü dəfə quldurluğa görə içəri atıldı.
Xaraktercə kobud olan Yakşiyants demək olar ki, normal həyat tərzi keçirməyib, özünün ambissiyaları, eqoistliyi ilə həmyaşıdlarından uzaq düşüb. Bu “təriflər”ə narkotik aludəçisi olduğunu da əlavə etsən şuşalı erməninin kim olduğu haqda mənzərə yaratmış olarıq. İş yeri olmayıb, həyatı ya milis şobələrinin müvəqqəti saxlama kamerasında (KPZ), ya da həbsxanalarda keçib.

Yakşiyants az keçmir ki, özünə pul və şöhrət acı olan cinayətkarlardan ibarət quldur dəstəsi yaradır. SSRİ-də girov götürülmə birinci hadisə olmasa da, Yakşiyantsın ifasında bu bir ilk idi. Yakşiyantsın məktəbliləri girov götürmək ideyası vəhşilik hesab edilsə də, quldurlar üçün məntiqli görünürdü. Çünki uşaqları böyüklərə nisbətən idarə etmək asan idi.
Avtobusa yaxınlaşan milis əməkdaşları məsələnin bu qədər ciddi olduğunu düşünməmişdilər. Qapılar kilidlənmişdi, asayiş keşikçiləri vintaçanla qapını açmağa çalışslar da bu, mümkün olmadı. Avtobusda quldurlar söyüş söyür, bağırırdılar. Milis əməkdaşı başına dirənmiş silahı gördü və quldurun: “Bu avtobus dinamitlə doludur, girovlar və salonda benzin var. Təcili əlaqə telefonu”.
Quldurlarla telefon əlaqəsinə Şimali Osetiya daxili işlər nazirinin müavini polkovnik Bataqov çıxdı. Yakşiyants özünü təqdim edib tələblərini irəli sürdü: bir milyon funt sterlinq, bir milyon dollar, bir milyonluq qızıl və təyyarə. Düşünməyə 40 dəqiqə vaxt verildi, əgər tələbləri yerinə yetirilməzsə quldurlar hər yarım saatdan bir 1 uşaq öldürəcəklərini bildirdilər. Bundan başqa terrorçular tələblərinə narkotik gətirməyi, üstəlik bir uşağın buraxılması müqabilində həbsxanada yatan Krivonosov adlı dostlarını da buraxmağı tələb etdilər. Narkotikin əvəzinə polislər uşaqlar üçün isti geyim və yemək verdilər.

Krivonosovla bağlı maraqlı hadisə baş verdi. O köhnə dostu ilə bu hadisədə iştirak etməkdənsə içəridə oturmağı üstün tutdu və gəlməkdən imtina etdi. Bunu Yakşiyantsa deyəndə quldur efedrinin təsiri altında olduğundan sanki rəhmə gəldi və Efelin Çebukauri adlı şagirdi sərbəst buraxdı. Bi azdan həyat yoldaşını və qızını azad etdi.
Osetiyanın hava limanı kiçik olmasına baxmayaraq Yakşinyants uzaq məsafəyə uça bilən təyyarə “sifariş” vermişdi. Ona görə də avtobus Şimali Qafqazın Mineralnıy Vodı şəhərinə yola düşdü. Avtobusu təcili yardım, milis və valideynləri daşıyan maşın karvanı müşaiyət edirdi. Eyni vaxtda Mineralnıy Vodı şəhərinə “Alfa” qrupunu gətirən təyyarə də endi.

Mineralnıy Vodı şəhərində artıq axşam düşmüşdü. Quldurlara hara uçmaq istədikləri soruşuldu. Onlar isə SSRİ-nin əlinin çatmadığı, onları geri verməyəcək bir ölkəni seçmək istədiklərini bildirdilər. Əvvəlcə, Pakistana uçmaq istədiklərini planlaşdıran terrorçular orada əsas qüvvələrin mücahidlərdən ibarət olduğunu düşünüb fikirlərindən daşındılar. Sonra İsrailin üstündə durdular. Hətta qarışıqlıqdan istifadə edən şagirdlərdən bir çoxu avtobusu tərk edə bilsələr də, müəllimə və 11 şagird pilotlarla birlikdə İL təyyarəsinə mindirildilər. Quldurların tələb etdiyi pulla və girovlarla birgə təyyarə Tel-Əviv istiqamətinə yol aldı. Amma quldurları orada xoş sonluq gözləmirdi...

Yakşinyantsın İsrail ümidləri puça çıxdı. Təyyarə enən kimi quldurlar həbs olundular. Və həmin təyyarə ilə də geriyə qaytarıldılar. Moskva aeroportunda təyyarənin pilləkənindən enən zaman binanın üstündə “Şeremetyevo” sözünü oxuyan Yakşinyants “Alfa” qrupunun əməkdaşından soruşur: “Bizimlə nə edəcəklər, güllələyəcəklər?”. Alfaçı isə: “Yox, qoğal yedirəcəklər” deyib.

Məhkəmə Yakşinyantsa 15, digərlərinə isə cinayətlərinə müvafiq cəza kəsdi.
Məqaləni bu ssılkadan da oxuya bilərsiniz.
https://lenta.ru/articles/2018/12/01/bus/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB