Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı deputatı Çingiz Qənizadə yenidən nəvələrin Vergilər Məcəlləsində ailə üzvləri sırasına daxil edilməməsinə etiraz edib. O bildirib ki, bu məsələ hüquq sistemində də problem yaradır: "Çox vaxt notariuslar şikayət edir ki, bu Vergilər Məcəlləsindəki boşluqla əlaqədardır. Necə olur ki, ögey bacı- qardaş ailə üzvü sayılır, amma bir yerdə yaşayan baba və nəvələr ailə üzvü sayılmır? Xahiş edirəm ki, yeni Məcəllədə bu məsələ nəzərə alınsın".
Məsələyə münasibətini bildirən Vergilər naziri Mikayıl Cabbarov məsələyə İşçi Qrupu səviyyəsində baxıla biləcəyini deyib: "Amma əslində bu məsələdə problem yoxdur. Onlar da məntiqlə ailə üzvləri hesab olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB