Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda “Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, tədbir Tarix İnstitutu və “Azərbaycan Tarix Qurumu” tərəfindən təşkil edilib.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 və “Azərbaycan Tarix Qurumu” İctimai Birliyinin 25 illiklərinə həsr olunan beynəlxalq konfransda çıxış edən Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki müstəsna rolundan danışıb, “Azərbaycan Tarix Qurumu” İctimai Birliyinin fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Yaqub Mahmudov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir: “Müsəlman Şərqində qadınlara seçki hüququ ilk olaraq Xalq Cümhuriyyəti dövründə - 100 il əvvəl verilib. Cümhuriyyət irqi, milli, dini və sinfi bərabərsizliyi ləğv edərək, bütün vətəndaşların hüquq bərabərliyini təmin edib”.
Akademik bildirib ki, Tarix İnstitutunda Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir: “Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən ikicildlik ensiklopediya nəşr edilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB