Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq “Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. SİA xəbər verir ki, beynəlxalq konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 və “Azərbaycan Tarix Qurumu” İctimai Birliyinin 25 illiklərinə həsr olunub.
Tədbirin təşkilatçıları AMEA-nın Tarix İnstitutu və “Azərbaycan Tarix Qurumu”dur. Beynəlxalq konfrans “Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsidir”, “Cümhuriyyət dövründə Azərbaycan beynəlxalq münasibətlərdə” və “Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti” bölmələrində fəaliyyət göstərib. Konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Albaniya, Özbəkistan, Ukrayna və başqa ölkələrin alimləri də məruzələrini təqdim ediblər. Beynəlxalq elmi konfransda “Cümhuriyyət parlamenti və ordu quruculuğu məsələləri”, “Azərbaycan Xalq Cümhuriyyətində dövlət-din münasibətləri təcrübəsi”, “Azərbaycan Xalq Cümhuriyyətinin Kayzer Almaniyası ilə münasibətlərinə dair (alman arxiv sənədləri işığında)”, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Avropa neft şirkətlərinin fəaliyyəti”, “Azərbaycan Xalq Cümhuriyyəti Amerika mətbuatında: “Nyu York Tayms” və “Vaşinqton Post” qəzetlərinin materialları əsasında” və digər mövzularda məruzələr dinlənilib. Konfrans dekabrın 1-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB