Ehtiyac meyarının həddi müəyyənləşdi - 143 manat

Ehtiyac meyarının həddi müəyyənləşdi - 143 manat

Məclis gələn ilin ehtiyac meyarı və yaşayış minimumunu yekun - üçüncü oxunuşda təsdiqləyib. SİA-nın xəbərinə görə, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsinə əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsini nəzərdə tutulub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə