Mikayıl Cabbarov: "Azərbaycanda ilk dəfə olaraq Məhəmməd Məscidində dünya standartlarına uyğun konservasiya işləri görülüb"
Bu gün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən dünya əhəmiyyətli memarlıq abidəsi olan Məhəmməd Məscidində aparılmış muzey-konservasiya işlərinin başa çatmasına həsr olunmuş elmi-praktiki seminar keçirilib.
SİA-nın xəbərinə görə, seminarı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov açıb. İdarə rəisi vurğulayıb ki, 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradıldıqdan sonra İçəri Şəhərə göstərilən qayğı artıb. Məhəmməd Məscidində aparılmış muzey-konservasiya işləri də bu diqqətin davamıdır və Azərbaycanda ilk dəfə olaraq dünya standartlarına uyğun konservasiya işləri görülüb.
Sonda seminar iştirakçıları məscid binasının və minarəsinin min il əvvəl olmuş görkəminin qaytarılmasında Prezidentin xüsusi rolunu qeyd etmiş və bu gözəl abidənin bərpası ilə bağlı qəbul edilmiş qərara və konservasiya işlərində göstərilən dəstəyə görə dövlət başçısına öz dərin təşəkkürlərinin çatdırılmasını xahiş ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB