Səfirlik və beynəlxalq təşkilatların rəhbərləri"Yaşıl çay"da

Səfirlik və beynəlxalq təşkilatların rəhbərləri"Yaşıl çay"da

Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən 27-28 noyabr tarixlərində ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərlərinin Lənkəran şəhərinə və Astara rayonuna səfəri həyata keçirilir. SİA-nın verdiyi məlumata görə, Azərbaycanda regionların inkişafı ilə yaxından tanış olmaq və bu xüsusda ölkəmizin cənub bölgəsində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumatlanmaq məqsədilə həyata keçirilən bu səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-dək nümayəndəsi iştirak edir.

Noyabrın 28-də Lənkəran rayonuna səfəri çərçivəsində qonaqlar "Yaşıl çay" FT MMC-də olublar. Milli musiqi sədaları altında qonaqları təsərrüfatın rəhbəri Araz yağubov qarşılayaraq onlara müəssisənin fəaliyyət istiqamətləri, fermerlərə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verib.

Daha sonra qonaqlar müəssisənin istehsal etdiyi çay məhsullarının sərgisi ilə tanış olublar. Şirniyyat süfrəsi arxasında qonaqlara yerli məhsuldan dəmlənən çay təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə