Müfəssəl planların hazırlanması qaydalara dəyişdi

Müfəssəl planların hazırlanması qaydalara dəyişdi

Nazirlər Kabineti “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nda dəyişiklik edib. SİA-nın xəbərinə görə, müvafiq qərarı baş nazir Novruz Məmmədovimzalayıb.

Qərara əsasən Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”na Əlavə 5 - “Müfəssəl planın əsas texniki-iqtisadi göstəriciləri”nin 5-ci hissəsinin ikinci sətrində “uşaq” sözü (məktəbəqədər uşaq müəssisələri -red) “təhsil” sözü (məktəbəqədər təhsil müəssisələri - red.) ilə əvəzlənib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə