ƏMA-nın əməkdaşı informasiya texnologiyaları üzrə kursda iştirak edir

ƏMA-nın əməkdaşı informasiya texnologiyaları üzrə kursda iştirak edir

26-30 noyabr tarixlərində Moskva şəhərində Avrasiya Patent Təşkilatının üzv-dövlətlərinin milli qurumlarının informasiya texnologiyaları sahəsində çalışan mütəxəssisləri üçün “Windows PowerShell ilə idarəçiliyin avtomatlaşdırılması” mövzusunda ixtisasartırma kursu keçirilir. Əqli Mülkiyyət Agentliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İnformasiya texnologiyaları və dərc şöbəsinin müdiri Elnur Müslümov da iştirak edir.

Rusiyanın Əlavə peşə təhsili qeyri-kommersiya "Softline Education" təşkilatının Tədris Mərkəzində təşkil edilən kursda Windows Server-in idarəçiliyinin avtomatlaşdırılmasında Windows PowerShell komponentinin imkanlarının tətbiqinin fundamental bilikləri, serverlərdə müəyyən məsələlərin yerinə yetirilməsi üçün komandaların yaradılması təcrübəsi, konveyer işləmələri zamanı verilənlərin ötürülməsi, skriptlərin yazılması, şəbəkələrdə kompüterlərin idarəolunması və s. məsələlər haqqında məruzələr edilir, praktiki laboratoriya məşğələləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə