“Silk Way” daha bir “Boeing-747” yük təyyarəsi aldı

Azərbaycanın milli yük aviadaşıyıcısı “Silk Way” aviaşirkəti hava gəmiləri parkına daha bir “Boeing-747” yük təyyarəsi əlavə edib. SİA-nın məlumatına görə, aviaşirkətdən bildirilib ki, bu, “Silk Way” tərəfindən istismar olunacaq 10-cu “Boeing-747” tipli təyyarədir.

Yeni təyyarənin tədarükü aviaşirkətə uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək. Son 10 il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu yük aviadaşımalarının böyük logistik mərkəzinə çevrilib. Bu gün Azərbaycanın mülki aviasiyası özünü şərq və qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıdıb. Yükdaşıma bazarında özünü çox yaxşı sübut etmiş yeni geniş füzelyajlı uzaq magistrallı “Boeing 747-8F” təyyarələrinin alınması bu strategiyanın həyata keçirilməsinin mühüm bir hissəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə