“Bəzi zəruri məsələlərin müsbət həlli istiqamətində təkliflər hazırlanıb. Bütövlükdə irəli sürülən təkliflərin məcmu maliyyə tutumu 610 milyon manatdır. Artımın əsas hissəsi sosial təminatlı layihələrin maliyyəlışməsinə yönəldiləcək”. SİA-nın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
O bildirib ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün 2019-cü ildə Dövlət Neft Fondunun büdcəsində 200 milyondan artıq vəsatin ayrılması nəzərdə tutulub.
Onun sözlərinə görə, regionlarda məşğulluq səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün gələn ilin dövlət büdcəsində 80 milyon manat, 2019-2020-ci tədris ilin başlayaraq ölkə üzrə ali təhsil alanlarla nisbətdə dövlət sifarişi ilə təhsil alanların xüsusi çəkisinin təxminən 20 faiz artırılması və digər təhsil tədbirləri üçün əlavə olaraq 11 milyon manatın ayrılması nəzərdə tutulur: “Növbəti ilin dövlət büdcəsindən Gənclər Fondunun xərclərinə əlavə olaraq 2.7 milyon manat vəsaitin artırılması, AMEA-nın xərclərinə 800 min manat, eşitmə və böyrək qusurları ilə doğulan uşaqların müalicəsi üçün səhiyyə xərclərinə əlavə 4 milyon manay ayrılmalar nəzərdə tutulub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB