Döyülən erməni əsgərin atası şikayət edib

Döyülən erməni əsgərin atası şikayət edib

İşğal olunmuş ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrində hərbi qulluqçuların döyülməsi artıq adi hala çevrilib. SİA xəbər verir ki, işğalçı ordunun 5-ci dağ atıcı alayının hərbi qulluqçusu Qarik Markaryan xidmət yoldaşları tərəfindən qəddarcasına döyülüb.

Oğlunu ziyarət etməyə gələn əsgərin atası hadisədən xəbər tutub və dərhal müvafiq qurumlara şikayət edib. Məlumatda o da deyilir ki, döyülən əsgər Q.Markaryanın atası Qarabağ müharibəsi iştirakçısı Vahram Markaryandır.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə