Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Uşaqlar gülərsə dünya güləcək” layihəsi həyata keçirilib. SİA-nın verdiyi məlumata görə layihə çərçivəsində Bakı şəhəri Nizami rayonunda yerləşən 1 saylı, Suraxanı rayonunda yerləşən 2 saylı və Xətai rayonunda yerləşən 3 saylı uşaq evlərində görüşlər keçirilib və körpə balalara hədiyyələr təqdim edilib. Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, İcraçı direktor müavini Ceyhun Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Günay Qurbanova, direktorlar, tərbiyəçilər iştirak ediblər. İştirakçılar öz çıxışlarında mənəvi dəyərlərimiz, uşaqların sağlam və parlaq gələcəyi, onların inkişafı ilə bağlı fikirlər səsləndiriblər.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində uşaq evlərində məskunlaşmış 400-ə yaxın uşağa müxtəlif hədiyyələr təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB