Sosial tərəfdaşlarla birgə növbəti dəyirmi masalar təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzüsunda növbəti dəyirmi masaları Bakının Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarında təşkil edib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, tədbirlərdə işəgötürənlərin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”ndan irəli gələn vəzifələrin icrası sahəsində sosial partnyorluq müstəvisində görüləcək işlər ətraflı müzakirə olunub.
Qarşıda duran əsas vəzifələrdən birinin də qeyri-rəsmi məşğulluğa yol verilməsi hallarının qarşısının alınması olduğu vurğulanıb.
Bu istiqamətdə tədbirlərin gücləndirilməsi, habelə işsiz və işaxtaranların münasib işlərlə təminatı istiqamətində işəgötürənlərlə birgə fəaliyyətin daha səmərəli təşkili ilə bağlı sosial dialoq çərçivəsində müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB