Bahar Muradova: "Bir neçə ildən sonra Azərbaycan digər Avropa dövlətləri kimi yaşıl və gözəl bir ölkə olacaq" - MÜNASİBƏT

Bahar Muradova: "Bir neçə ildən sonra Azərbaycan digər Avropa dövlətləri kimi yaşıl və gözəl bir ölkə olacaq" - MÜNASİBƏT
"Mən düşünmürəm ki, Azərbaycanda "Ekologiya ili" sona çatdığı üçün ekologiya ilə bağlı tədbirlərin də sona çatdığını hesab edək". Bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova bu gün Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən ağacəkmə kampaniyasında jurnalistlərə verdiyi açıqlaması zamanı deyib. Onun sözlərinə görə, çünki son illər Azərbaycanda bu istiqamətdə çox böyük işlər görülür və bu il ekologiya ili olduğuna görə xüsusilə yadda qalıb.

Vitse-spiker bildirib ki, Prezident İlham Əliyevin çağırışı ilə həyata keçirilən və mövcud dövlət proqramının tələblərinə uyğun olaraq hər bir vətəndaş bu proqramın yerinə yetirilməsinə öz töhfəsini verməlidir.

"Bu mənada Bakı şəhərinin rayonlarında, xüsusilə də regionlarda bu istiqamətdə gedən işləri yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bir neçə ildən sonra Azərbaycan digər Avropa dövlətləri kimi yaşıl və gözəl bir ölkə olacaq", - deyə vitse-spiker əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə