“Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” TƏDBİR

“Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” TƏDBİR

Noyabrın 26-da Bakıda “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” adlı konfrans keçirilib. SİA xəbər verir ki, Gender Zorakılığına qarşı 16 günlük Fəallıq Kampaniyası 25 noyabr Beynəlxalq Qadınlara qarşı Zorakılığın aradan Qaldırılması Günü tarixindən başlayaraq 10 dekabr İnsan Hüquqları Günü tarixinədək davam edən beynəlxalq kampaniyadır.

Kampaniyanın məqsədi gender əsaslı zorakılığın insan hüquqları kimi təbliği üçün yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirilməsinin aparılmasıdır. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il bu Kampaniyaya həsr olunmuş tədbirlər həyata keçirir.

Bu il, 26 noyabr tarixində keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai, İnsan Hüquqları üzrə Müvəkkil, Ombudsman Elmira Süleymanova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri, millət vəkili Aqiyə Naxçıvanlı, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Məişət zorakılığının qarşısının alınması ilə bağlı yaradılmış Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova çıxış ediblər.

Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, millət vəkilləri, vətəndaş cəmiyyətinin, ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə