Dilçilər üçün İŞ ELANI

AMEA Nəsimi adına Dilçilik İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir. İnstitutdan SİA-ya verilən xəbərə görə, vakant yer Azərbaycan dilinin tarixi şöbəsi üzrə böyük elmi işçi vəzifəsinə 1 yerdir.

Müsabiqədə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Ünvan: AZ1143, Bakı ş., H.Cavid pr., 115, V mərtəbə

Əlaqə nömrəsi: (+994 12) 537 20 88

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə