Aİİ tələbələri yaşıllaşdırma aksiyasında iştirak ediblər

Aİİ tələbələri yaşıllaşdırma aksiyasında iştirak ediblər

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Yasamal rayon ərazisində keçirdiyi yaşıllaşdırma aksiyasında iştirak ediblər. SİA-nın verdiyi məlumata görə, rayon ərazisində abadlıq və yaşıllaşdırma tədbirləri uğurla davam etdirilib. Ətraf mühitin yaşıllaşdırılması məqsədilə şam, küknar ağacları əkilib, eyni zamanda, torpaq sahəsi təmizlənib.

Aİİ-nin üçüncü kurs tələbələrinin qatıldığı iməcilikdə müvafiq təmizləmə və abadlıq işləri görülüb, yaşıllığa qulluq edilib. Bu aksiyanın keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji tarazlığını bərpa etmək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir.

Qeyd edək ki, Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, gənclərin intellektual və mənəvi dünyasının zənginləşdirilməsi, o cümlədən vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif maarifləndirici və sosial yönümlü layihələr həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə