Valeri Ulyanişşevin anadan olmasının 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
2018-ci ilin dekabr ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Valeri İvanoviç Ulyanişşevin anadan olmasının 120 illiyi tamam olur.
Akademik Valeri Ulyanişşev Azərbaycanın mikroflorasına dair fundamental araşdırmaları və bu sahədə mühüm nailiyyətləri ilə respublikada biologiya elminin aktual problemlərinin öyrənilməsinə, eləcə də kənd təsərrüfatı üçün böyük əhəmiyyətə malik bir sıra məsələlərin həllinə sanballı töhfələr vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən biologiya elminin inkişafında, yüksəkixtisaslı kadrların yetişdirilməsində uzunmüddətli səmərəli fəaliyyətini nəzərə alaraq akademik Valeri İvanoviç Ulyanişşevin anadan olmasının 120-ci ildönümü qeyd olunacaq. Qərara alınıb ki, Azərbaycan Milli Elmlər Akademiyası akademik Valeri Ulyanişşevin 120 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin və Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB