Ordubadda qarın hündürlüyü 17 santimetrə çatıb

Ordubadda qarın hündürlüyü 17 santimetrə çatıb

Ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində intensiv olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, düşən yağıntının miqdarı Naxçıvan MR-də 2-61, Kiçik Qafqazda 1, Qazax-Gəncə zonasında 1-2, Böyük Qafqazda 1-11, Mərkəzi Aran rayonlarında 1-6, Lənkəran-Astara bölgəsində 1-4, Bakıda və Abşeron yarımadasında 2-11 millimetr təşkil edib.

Qar örtüyünün hündürlüyü Ordubad rayonunun Ağdərə qəsəbəsində 17 santimetrə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə