“Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” FOTOLAR

“Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” FOTOLAR

Bu gün Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) dəstəyi ilə Lənkəran şəhərində “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, müəllimlər və tələbələr iştirak ediblər.

Regional seminarı giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında tədbirin əhəmiyyətinə toxunub. Q.Məmmədov xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamağın hər birimizin müqəddəs borcu olduğunu bildirib.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında Lənkəran şəhərində gənclər arasında mənəvi dəyərlərin təbliği sahəsində mühüm tədbirlərin görüldüyünü qeyd edib.

Regional seminarda çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev Fondun fəaliyyəti və həyata keçirdiyi tədbirlər haqqında geniş məlumat verib. C.Əliyev milli-mənəvi dəyərlərimiz olan dilimiz, dinimiz, ailə dəyərlərimiz və s. haqqında məlumat verərək gənclər arasında bu dəyərlərin təbliğ edilməsinin vacibliyindən danışıb. İcraçı direktor müavini Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərə söykənərək yüksək vətənpərvərlik keyfiyyətlərinə sahib olduğunu vurğulayıb.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə çıxışında xalqımızın bir millət kimi formalaşması, digər millətlərdən fərqlənməsi və öz varlığını qoruyub saxlamasında mühüm rol oynayan amillərdən birinin də məhz sahib olduğumuz milli-mənəvi dəyərlər olduğunu bildirib və bu baxımdan gənclərin bu dəyərlərə bağlı ruhda formalaşmasının zəruriliyindən danışıb.

Lənkəran Dövlət Universitetinin Humanitar fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru Müşfiq Bayramov, Lənkəran Dövlət Humanitar Kollecinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev mövzuya aid məruzələrlə çıxış ediblər.

Tədbirin yekununda geniş müzakirələr aparılıb

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə