Bu gün Badamdar sürüşmə sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən aparılan monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, son günlər yağan yağış nəticəsində sürüşmənin baş hissəsində asılı vəziyyətdə olan iri qaya parçasının qopması və yamac boyu irəliləməsi müşahidə edilib. Sürüşmənin alt hissəsində isə yeni çatlar qeydə alınıb.
Monitorinqlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB