Vüsal Qasımlı: "Neftin qiymətinin artım tempi davam etsə, yaxın gələcəkdə büdcədəki rəqəmlərə yenidən baxılması zəruri hal alacaq" -MÜSAHİBƏ
İqtisadçı ekspert Vüsal Qasımlının SİA-ya müsahibəsi:
-Neftin bir barelə görə dəyərinin 60 dollar müəyyənləşdirilməsi nə ilə əlaqədardır?
-Ümumiyyətlə, neftin qiyməti dövlət büdcəsinə uyğun şəkildə müəyyənləşir. Azərbaycanda neftin hər barelinin dəyəri 60 dollardır. Bu rəqəm bir başa dövlətin diqqətini göstərir. Yəni, dövlət bu rəqəmi təyin edərkən əslində bir çox sahədə ehtiyatlı davranır. Məlum məsələdir ki, hamımız neftin qiymətinin getdikcə artdığı təqdirdə hər barelin dəyərinin 60 dollar olmasının səbəblərini düşünürük. Amma bu dövlətin düşünülmüş siyasətidir. Çünki dövlətin neft sahəsində illik gəliri müəyyən edilən rəqəmə əsasən hesablanır. Əgər Azərbaycanda hər barelin dəyəri daha çox olsaydı və dünya bazarındakı rəqəmlər getdikcə ucuzlaşsaydı, bu hesablanmış illik gəlirin azalacağı demək idi.
-Neftin qiymətinin artmasının dövlət büdcəsinə müsbət təsirləri hansı istiqamətdə mümkündür?
-Əgər neftin qiyməti getdikcə bahalaşırsa, bu büdcənin neft sahəsindəki gəlirinin artacağı deməkdir. Birincisi, onu deyə bilərəm ki, Dövlət Neft Şirkətlərinin verdiyi mənfəət vergisi artacaq. İkincisi, Dövlət Neft Fondunun gəlirləri artacaq və bununla da fondun Respublika büdcəsinə dəstəyi getdikcə daha da çox olacaq. Üçüncü istiqamət isə, Dövlət Neft Şirkətinin özünün qazancının artması Azərbaycanın xarici ölkələrlə ticarət imkanlarını da artıracaq. Çünki neftin qiymətinin artması ixrac edilən neftdən daha çox gəlir əldə etməyimizə şərait yaradır.
-Dünya bazarlarında neftin qiymətinin getdikcə artması Azərbaycanın illik gəlirinə nə qədər təsir edə bilər?
-Əlbəttə, biz hər gün neftin bahalaşması haqda müxtəlif xəbərlərin şahidi oluruq. Bu da öz növbəsində bizim xeyrimizədir. Statistik rəqəmlərlə də bunu sübut etmək mümkündür. Məsələn, neftin qiymətinin hər barelə görə 1 dollar bahalaşsa, Azərbaycanın illik gəliri 250 milyon dollar artar. Belə olduqda düşünün ki, əgər neft 10 dollar bahalaşsa, onda illik gəlirimiz 2,5 milyard dollar olar. Yəni bu artım bizim kimi neft yataqlarından istifadə edən bir ölkə üçün xeyirdən və gəlirdən başqa heç nə deyil.
-Əgər qiymətlərdə müşahidə etdiyimiz artım bu şəkildə davam etsə, illik büdcəmizə görə neftin qiymətinə yenidən baxıla bilərmi?
-Təbii ki əgər neftin qiyməti getdikcə artsa, bu büdcəyə yenidən baxılmasına vadar edəcək, çünki məlum məsələdir ki, dünya bazarlarında artıq neftin qiyməti 90 dolları keçib. Bu rəqəmin 100 dollara çatacağı, hətta daha da artacağı güman edilir. Çünki bir tərəfdən, dünya iqtisadiyyatı sürətlə inkişaf edir. Digər tərəfdən isə, qış mövsümünün gəlməsi ilə əlaqədar havaların soyuq keçməsi də öz növbəsində neftə olan təlabatı artırır. Bildiyiniz kimi də Azərbaycanda təlabatın artması birmənalı şəkildə qiymətlərin artması deməkdir. Yəni qış ayları neftin qiymətinin artmasına təkan verəcək. Ona görə də, əgər bu artım tempi davam etsə, yaxın gələcəkdə büdcədəki rəqəmlərə yenidən baxılması zəruri hal alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB