VMF şirkətinin " Raymond Weil" brendi ilə birgə əməkdaşlıq tədbiri
Bu gün VMF şirkətinin "Raymond Weil" brendi ilə birgə əməkdaşlıq tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ilk çıxış edən VMF şirkətinin baş direktoru Aida Əliyeva qonaqları salamlayaraq bildirib ki, WMF şirkəti artıq 20 ildir fəaliyyət göstərir: "Yəqin ki, vaxtı VMF-lə ölçürsüz. Şirkətdə 18 brend təqdim olunur. Lakin "Raymond Weil" özünəməxsusluğu ilə seçilir".
Daha sonra çıxış edən brendin Regional satış müdiri Jose Maria Ramos "Raymond Weil" haqında ətraflı məlumat verib: "Biz bu gün brendə nəfəs verib yeni modelləri təqdim edəcəyik. Brend babam Raymond Ramos tərəfindən təsis olunub. Məqsəd qədim saat ənənələrini qoruyub saxlamaq və bu brendin hər kəs tərəfindən əlçatanlığını təmin etməkdən ibarətdir. Brendin 38 ölkədə nümayəndəliyi fəaliyyət göstərir. Bu brend musiqi dünyasında oıan yeganə brenddir. Çünki məşhur musiqiçilərin şərəfinə məhdud sayda saatlarımız var. Musiqi şirkətləri ilə əməkdaşlıq edirik. Bu il biz "Beatles" qrupunun şərəfinə yeni saat istehsal etmişik. Bizim şirkətin 5 qitədə 95 ölkədə 3 min mağazası var. Brend bütün dünya bazarlarında inkişaf edir, böyüyür. Brend ailə tərəfindən idarə olunsa da qlobal düşünür, yerli idarə edirik. Bizi fərqləndirən cəhət İsveçrənin qədim saat ənənələrini özümüzdə daşımağımızdır. Qiymətlərimizi ötən ildən aşağı salaraq əl çatanlığı təmin etmişik".
Təqdimatda "Raymond Weil" haqqında qısametrajlı film nümayiş olunub. "Raymond Weil"-in Azərbaycandakı siması Aysel Məmmədovaya brendin yeni saatı təqdim olunub. Daha sonra brendin 2019-cu il üçün nəzərdə yeni kolleksiyası təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB