Yağış gündüz saatlarında da davam edəcək

Yağış gündüz saatlarında da davam edəcək

Bu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu 8-10 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 9-13, dağlarda 0-2 dərəcə isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə