Afaq Məsudun “Azadlıq” kitabı Türkiyədə nəşr olunub

Afaq Məsudun “Azadlıq” kitabı Türkiyədə nəşr olunub

Bu günlərdə tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun “Azadlıq” romanı Türkiyədə nəşr olunub.

Azərbaycan Tərcümə Mərkəzindən SİA-ya verilən məlumata görə, “Zengin yayıncılık” nəşriyyatında işıq üzü görən kitabı türk dilinə tanınmış mütərcim Yurtsevən Şen çevirib.

Kitab Mədəniyyət Nazirliyinin “Azərbaycan kitablarının dünyada tanıdılması” layihəsi çərçivəsində ərsəyə gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə