Bəxtiyar Sadıqov: “Prezidentin bütün addımları azad sözün inkişafına, mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəlib” - MÜNASİBƏT
"Hesab edirəm ki, prezident İlham Əliyevin "Jurnalistlərin dostu" seçilməsi biz jurnalistlər tərəfindən gecikmiş bir etirafdır". SİA-ya açıqlamasında bu sözləri deyən "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu prezident İlham Əliyev mətbuat sahəsində də davam etdirir.
Baş redaktor qeyd edib ki, İlham Əliyev prezident seçildiyi ilk günlərdən söz və fikir azadlığının bərqərar olunması, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistləri sosial şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl məqsədyönlü tədbirlər keçirib: "Cənab prezidentin mətbuatın inkişafı üçün atdığı addımların bir neçəsini sadalamaq istəyirəm. Milli mətbuatın yaranmasının 130 illik yubileyi ilə bağlı 2005-ci ildə verilən sərəncamla əməkdar jurnalist adı bərpa olundu, jurnalistlər fəxri adlara layiq görüldü. Deyərdim ki, ölkədə yaşayan bir jurnalist belə bu tədbirdən kənarda qalmadı. Mətbuat Şurasının maddi-texniki bazasının möhkəmləndirildi. Qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik yardımlar göstərildi. Cənab prezident KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyası ilə bağlı sərəncam verdi. Həmin konsepsiya əsasında qəzet redaksiyalarına qrant layihələri ilə maddi yardımlar göstərilir. Konsepsiya əsasında jurnalistlərin fərdi yaradıcılıq müsabiqələri keçirilir".
Mətbuat Şurasının yeni bina ilə təmin olunmasının da dövlət başçısının mətbuata qayğısının bariz nümunəsi olduğunu deyən B.Sadıqov bildirib ki, Milli mətbuatın 135 illik yubileyində də mətbuat birdəfəlik yardımlar edilib, jurnalistlərə fəxri adlar verilib: "Prezident jurnalistlərlə görüşündə jurnalist kadrlarının təkmilləşdirilməsi ilə bağlı göstərişlərini verdi və bu göstərişlər icra olunacaq. Qəzetlərin reklam bazarının yaxşılaşdırılması ilə bağlı da cənab prezident tapşırıqlarını verdi. Jurnalistlərin məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı səhər saat 11-də prezidentə müraciət etdik, axşam saat 4-5-də sərəncam hazır idi və jubiley tədbirində də oxundu. Prezidentin bütün addımları azad sözün inkişafına, mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılmasına, jurnalistlərin sosial problemlərinin həllinə yönəlib və hesab edirəm ki, prezidentə "Jurnalistlərin dostu" adını verməklə jurnalistlər çox doğru addım atıblar. Azərbaycan jurnalistikasının, mətbuatın ən böyük dostu möhtərəm prezidentimiz İlham Əliyevdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB