“Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”na əlavələr edilib. SİA-nın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən magistral avtomobil yollarının, körpülərin və tunellərin layihələndirilməsi zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi təmin olunmalıdır.
Həmçinin Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi sənədi hazırlanmalı və dövlət ekoloji ekspertizası keçirilməlidir.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB