Türkiyənin gənclər və idman direktoru Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Türkiyənin gənclər və idman direktoru Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

"Azərbaycan Respublikası Hökuməti və Türkiyə Hökuməti arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. SİA-nın məlumatına görə, Sazişin maddələrinin həyata keçirilməsi və növbəti il üçün birgə tədbirlərin təşkili məsələlərini müzakirə etmək məqsədi ilə Türkiyə gənclər və idman direktoru Yunus Akgülün rəhbərliyi ilə nümayəndə heyəti artıq Bakıdadır. Bu gün Y.Akgül və Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Onlar ulu öndərin məzarı önünə çiçək dəstələri qoyublar. Daha sonra isə rəsmilər görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Şəhidlər Xiyabanda olan qonağa azərbaycanlı nazir müavini 20 Yanvar faciəsi haqqında məlumat verib. Onlar Türk Şəhidliyinin önünə də çiçək dəstələri qoyublar.

Qonaq Azərbaycana gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında Sazişin icrasına start vermək, Türkiyə və Azərbaycan gənclərinin qardaş ölkələri daha yaxından tanımasına yardımçı olacaq işləri müzakirə etmək məqsədilə gəldiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə