Yaqub Mahmudov: “26 Bakı Komissarları və Nəriman Nərimanovla bağlı çox qiymətli arxiv sənədlər tapmışıq” - AÇIQLAMA

Yaqub Mahmudov: “26 Bakı Komissarları və Nəriman Nərimanovla bağlı çox qiymətli arxiv sənədlər tapmışıq” - AÇIQLAMA
"26 Bakı Komissarı ilə bağlı tarixi araşdırmalar davam edir və onlarla bağlı sənədlərin birinci cildi artıq buraxmışıq. Buradakı sənədlər çox qiymətlidir". Bu barədə SİA-ya AMEA Tarix İnstitutnun direktoru Yaqub Mahmudov məlumat verib. O bildirib ki, Şaumyanın "26"ların güllələnməsindən sonra daha 10 gün Krasnoyarskda Mikoyanla birlikdə qalması, quru yemək payı alması, hər gecəsinə manat yarım alması - bütün bunların hamısı sübut olunub. Onun sözlərinə görə, sübut etdik ki, o, Daşnak Partiyasının Bakı Komitəsinin üzvü olub, yalançı bolşevikdi, əslində isə böyük Ermənistan yaratmaq istəyirdi.

Y.Mahmudov qeyd edib ki, sənəd toplusu üç cildlik olmalıdır. Toplunun 3-cü cildinin xatirələrdən ibarət olduğunu deyən tarixçi yaxın bir neçə gün ərzində bu sənədlər toplusunun 3-cü cildi də çıxacaq: "Bu xatirələr də çox qiymətlidir, çünki burada Şaumyanla birgə xalqımızı qıran bolşeviklər xatırlanır. Onlar bilmədən öz xatirələrində burada soyqırımı həyata keçirdiklərini təsdiq ediblər".

O əlavə edib ki, Yelizavetol və İrəvan quberniyalarında azərbaycanlılara qarşı törədilən soyqırımına həsr edilmiş ikicildilik sənədlər hazırlanır. Y.Mahmudovun sözlərinə görə, bunları da gələn ilin ortalarına-may-iyun ayına kimi çap edəcəyik.

"Bundan əlavə, Moskva və Sankt-Peterburqdan qiymətli arxiv sənədləri gətiririk və çap edirik. Tariximə o sənədlər əsasında yenidən baxılacaq. Xüsusilə Nəriman Nərimanovla bağlı çox qiymətli arxiv sənədlər tapmışıq. Onu təqdim edəndə xalqımız görəcək ki, Azərbaycana düşmən olan qüvvələr, xüsusilə hakimiyyətdə olan ermənilər bizim böyük dövlət xadiminin başına nə oyun açıblar. Bunların hamısı sənədlərlə sübut olunacaq", - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə