Cümşüd Nuriyev: “2015-ci ilə qədər Ermənistan tamamilə çökəcək”- MÜSAHİBƏ

Cümşüd Nuriyev: “2015-ci ilə qədər Ermənistan tamamilə çökəcək”- MÜSAHİBƏ

Siyasi ekspert Cümşüd Nuriyevin SİA-ya müsahibəsi:

- Dağlıq Qarabağ münaqişəsi ətrafında olan hadisələr müharibənin qaçılmaz olduğunu göstərə bilərmi?

- Ermənistan yenə də ikiüzlü siyasətlə məşğuldur. Baxmayaraq ki, Ermənistan artıq bir dövlət kimi iqtisadi, siyasi, mənəvi, hərbi cəhətdən iflas olmaq üzrədir. MDB məkanında söz sahibi olan Azərbaycan iqtisadi qüdrətini daha da artırır. Azərbaycanın hərbi qüdrəti elə bir səviyyədədir ki, MDB məkanında Ermənistanı dəstəkləyənlər narahat olmağa başlayıblar. O cümlədən əvvəllər Rusiyanın sərhəd xidmətinin rəhbəri Bodyujada bu məsələləri artıq gündəmə gətirib. Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etməlidir. 16 ildir, Azərbaycan atəşkəs sazişinə əməl edir. Baxmayaraq ki, ermənilər bunu dəfələrlə pozub. Cənab prezident artıq öz iradəsini ortaya qoyub. Azərbaycan dövlətinində, millətin maraqlarını əks etdirdiyinə görə, təbii ki, prezidentin iradəsi bizim üçün çox önəmlidir. Bu Azərbaycanın ərazi bütövlüyünü bərpa etməlidir. Bu məsələdə Azərbaycanda heç bir ayrıseçkilik yoxdur. Ermənistanın daxilindəki, vəziyyət elə bir həddə çatıb ki, Ermənistan bir növ köçmək üzrədir. Artıq Sarkisyan Ermənistan ermənilərinə deyil, Qarabağ ermənilərinə etibar edir. Oradakı qarşıdurma son həddə çatıb. Yəqin ki, yaxın 6 ay ərzində Ermənistanda ən azı dövlət çevrilişi olacaq və hakimiyyət dəyişəcək. Azərbaycan üçün orda gedən proseslərin hal-hazırda önəmi yoxdur. Çünki artıq Azərbaycan iradəsini ortaya qoymaqla bərabər beynəlxalq aləmdə də öz haqqını hər kəsə sübut edib və etməkdə də davam edir. Yaxın zamanlarada Azərbaycan öz ərazisini separatçılardan təmizləmək qərarı verə bilər. Ermənistanın artıq kiminsə dəstəkləməsi mümkünsüz olacaq. Baxmayaraq ki, ATƏT-in həmsədrləri də ikili mövqe tuturdular. Artıq Rusiyada öz mövqeyini açıqlayıb. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıdığına və qəbul etdiyinə görə, Rusiya Ermənistanın yanında olmayacaq. Ermənistan çox narahatdır ki, ikiüzlü siyasətini qəbul edən Rusiya, artıq qəbul etmir. Müharibənin qaçılmaz olduğunu görən Ermənistan dövlətlər arasında nifaq yaratmaq istəyir.

-Bunun nə kimi təsiri ola bilər?

- Ermənilərin son 200 ildə dəfələrlə xəyanət etdiyini biz bilirik. Nəzərə alsaq ki, Azərbaycan prezidenti Rusiyanın siyasətinin ən gözəl bilicilərindən biridir. Yeganə professional peşəkar diplomatdır. Azərbaycanın bundan sonra səhv edəcəyinə də inanmıram. Bütün hallarda Azərbaycan öz sözünü deyəcək. Ermənistan Azərbaycanın qüdrətini və gücünü bilir. Qorxusundan belə bir addım atır. El içində bir misal var: "Qorxaq it hürəyən olar". Ermənistanda çalışır ki, Azərbaycanın Rusiya, İran və Türkiyə ilə olan münasibətlərini pozsun. Artıq 21-ci əsrdir. Ermənilərin çökmə vaxtıdır. 2015-ci ilə qədər Ermənistan tamamilə çökəcək. Bunula Azərbaycan Ermənistanın qənimi olacaq. Bu bizim seçimimiz deyil, bu seçimi etməyə məcbur etdilər. Ermənilər artıq başa düşməlidir ki, artıq onların əzraili Azərbaycandır.

- 2010-cu il Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağ probleminin həlli istiqamətində gördüyü işləri necə qiymətləndirirsiz?

- Görülən işləri çox müsbət qiymətləndirirəm. Bu il cənab prezidentin onlarla dörd görüşü olub. Görüşlərin sonuncusunda- Astana sammitində də Azərbaycan öz mövqeyini ortaya qoydu. Azərbaycanda xalq diplomatiyası deyilən səviyyədə də görüşlər olub. Ermənistandan da gələnlər olub. Bizdən də İrəvana gedənlər olub. Amma Ermənistan yenə də siyasi cığallıqla məşğul olub. Azərbaycan lazım olan addımları atıb. Bu sahədə Azərbaycanın işi müsbətdir. Bu il Azərbaycan nə lazım idisə, nə etmək mümkün idisə ondan da artığını etdi.

- Bir politoloq kimi 2011-cil ildə Azərbaycanın taleyinin necə olacağını və bu kimi məsələlərlə bağlı hansı addımlar atılmasını istərdiniz?

- Mən istərdim ki, 2011-ci ildə Azərbaycanın ərazi idarəetməsində müəyyən təkmilləşdirilmələr aparılsın. Azərbaycan öz inkişaf tempini qoruyub saxlamalıdır. Mənim fikrimcə, gələn il Azərbaycan ərazi bütövlüyünü bərpa etmək iqtidarında olacaq . Bu addımın atılması ehtimalı çox yüksəkdir. İnanıram ki, Azərbaycan xalqı İlham Əliyevin prezidentliyi dövründə daha yeni uğurlar qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə