DSMF-nin 2019-cu il üçün nəzərdə tutulan büdcəsi I oxunuşda qəbul edilib

DSMF-nin 2019-cu il üçün nəzərdə tutulan büdcəsi I oxunuşda qəbul edilib

Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün nəzərdə tutulan büdcəsi I oxunuşda qəbul edilib. SİA-nın məlumatına görə, noyabrın 14-də "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında"Qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

Keçirilən iclaslarda deputatlar büdcə sənədi ilə bağlı fikir və təkliflərini səsləndiriliblər.

Müzakirələrdən sonra "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" Qanun layihəsi səs qoyularaq, birinci oxunuşda qəbul edilib.

Müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsinin gəlirləri 3 928 104 000,0 manat, xərcləri 3 928 104 000,0 manat məbləğindədir.

Sənəddə Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 22 milyon 500 min manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 13 milyon 400 min manat vəsaitin ayrılması nəzərdə tutulub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə