Paytaxtın Nərimanov rayonu Təbriz küçəsində yanğın baş verib. Trend-in məlumatına görə, hadisəyə səbəb həmin ərazidən keçən qaz borusundakı sızma olub. SİA-nın məlumatıan görə, "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, yanğın artıq söndürülüb: "Təbriz küçəsində qaz borusunda sızma olub. Əraziyə FHN-nin yanğından mühafizə bölmələri cəlb olunaraq yanğın söndürülüb".
İ.Kərbəlayevin sözlərinə görə, yaşayış evləri yanğından mühafizə edilib, hadisədə xəsarət alan olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB