AMEA-da maraqlı məruzə dinlənilib

AMEA-da maraqlı məruzə dinlənilib

Noyabrın 14-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nən Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nin müxbir üzvü Qurman Yetirmişli və geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Əvəz Salmanov “Abşeron yarmadasının müasir geodinamik şəraiti: təhlükəli geoloji proseslərin modelləşdirilməsi və monitorinqi” adlı elmi məruzə ilə çıxış ediblər.

SİA-nın xəbərinə görə, iclasda bildirilib ki, son illər AMEA-nın Geologiya və Geofizika İnstitutunda və Respublika Seysmoloji Xidmət Mərkəzində Abşeron yarımadasında müasir geodinamik və seysmik şəraitin monitorinqi, geoloji dərinlik quruluşu modellərinin tətbiqi və təhlükəli geoloji proseslərin müasir metodlarla öyrənilməsi və proqnozlaşdırılması istiqamətində fundamental elmi tədqiqatlar aparılır.

Məruzədə Abşeron yarımadasının müasir seysmo-geodinamik şəraiti, azdərinlikli geoloji preseslərin geoloji quruluşunun modelləşdirilməsi və monitorinqinə dair aparılmış fundamental elmi tədqiqat işlərinin nəticələri şərh edilib. Həmin nəticələrin bir çox təhlükəli geoloji proseslərin məkan paylaşmasının və dinamik rejiminin öyrənilməsində xüsusi praktik əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd edilib ki, Bakı şəhəri üçün təhlükə yaradan bayıl-Patamdar zonasında əldə edilən məlumat bazasının sürüşmə yamaclarında qruntun xassələrini dəyişməsi və hərəkət dinamikasının izlənilməsində istifadəsi sürüşməyə qarşı strateji tədbirlərin hazırlanması işlərinin nəzəri əsasını təşkil edir.

Məruzədə o da qeyd olunub ki, 2000-2018-ci illərdə Bayıl-Batamdar zonasında baş verən sürüşmə hadisələrinin dinamikası, sürüşmə dərinlikləri elektro tomoqrafiya, seysmik kəşfiyyat və kosmo-geodeziya üsullarının tətbiqi ilə həyata keçirilib.

Məruzə dinklənildikdən sonra mövzu ətrafında suallar cavablandırılıb.

İclasda Rəyasət Heyətinin qərarına əsasən AMEA-nın Geologiya və Geofizika institutu, Respublika Seysmoloji Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqaladə Hallar Nazirliyi ilə birgə geodinamik şərait nəzərə alınaraq Bayıl-Badamdar zonasının sürümə doğuran dərinliklərini əhatə edən geoloji kompleksin 3D geoloji-geofiziki modelinin yaradılması üçün elmi tədqiqat işləri proqramının layihəsinin hazırlanması məqsədəuyğun hesab edilib. Bundan başqa, AMEA, Milli Aviasiya Akademiyası və “Azərkosmos” ASC ilə birgə dünya təcrübəsinə əsaslanaraq yer səthinə olan sürüşmə və digər təhlükəli proseslərin monitorinqinin aparılmasına dair təkliflərin müzakirə edilməsi tövsiyyə olunub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə