Deputat ƏƏSMN-nin əməkdaşlarının əmək haqlarının artırılmasını təklif edib

Deputat ƏƏSMN-nin əməkdaşlarının əmək haqlarının artırılmasını təklif edib

“Əhalinin pensiya və müavinətləri ilə işləyənlərin əmək haqqları yksək olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayonlarda işləyən əməkdaşlarının məvacibləri 250-350 manat arasındadır. Bu da neqativ hallara, korrupsiyaya səbəb ola bilir. Bu baxımdan onların sosial vəziyyəti yaxşılaşdırılmalıdır”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisindeputatı Elmira Axundova parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

“Yeni doğulan uşağa görə, birdəfəlik müavinətlər bizi razı sala bilməz.Hər kəsə məlumdur ki, real tələbat müavinətdən ən azı 10 dəfər çoxdur. II-III və sonrakı doğuşa görə, müavinətlərin vəsaiti fərqlənməlidir. Statistikaya görə, Respublikada doğum aşağı düşüb. Gənc ailələri stimullaşdırmaq lazımdır”, -deyə deputat qeyd edib.

E.Axundova çıxışı zamanı I qrup əlillərə qulluq edən ailə üzvünə əlavə məvacibin verilməsini də təklif edib: “Çünki onlar xəstəyə qulluq etdikləri üçünheç bir əməklə məşğul ola bilmirlər. Bu baxımdan əlillərə qulluq edən ailə üzvünə müavinət verilməlidir. Biz də hələ də sosial işçi institutu tam şəkildə reallaşmayıb. Rayonlarda bu sıfır səviyyəsindədir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə