Dünya Azərbaycanlıların həmrəylik günü Norveçdə də qeyd ediləcək

Dünya Azərbaycanlıların həmrəylik günü Norveçdə də qeyd ediləcək
Dünya Azərbaycanlıların həmrəylik günü Norveçdə də qeyd ediləcək. Bu barədə SİA-ya Norveçdə yaşayan Güney Azərbaycanlıların İş Birlik Komitəsindən məlumat verilib. Bildirilib ki, cari ilin 29 dekabr tarixində keçiriləcək seminar komitə tərəfindən təşkil edilib.

Qeyd edilib ki, tədbir çərçivəsində Güney Azərbaycanın Azadlıq hərəkatının tanınan siması, araşdırmacı Arif Keskin "Güney Azərbaycanın Milli Azadlıq hərəkatının təməlləri haqqında" seminar keçirəcək.

Bundan əlavə, seminar çərçivəsində şəhid Çingiz Bəxtəvərinin ildönümü ilə əlaqədar anma mərasimi də təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə