Ombudsman Aparatının əməkdaşı Beynəlxalq Humanitar Hüquq İnstitutunun keçirdiyi treninqdə iştirak edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Nəcibə Mustafayeva İtaliyanın Sanremo şəhərində Beynəlxalq Humanitar Hüquq İnstitutu tərəfindən təşkil olunmuş "Hərbi münaqişələr zamanı mədəni hüquqların müdafiəsi" mövzusunda ixtisaslaşmış treninqdə iştirak edib. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, beynəlxalq humanitar hüquqla bağlı seçilmiş mövzular əsasında keçirilmiş treninqdə həm hərbi, həm də mülki sahələri əhatə etməklə insan hüquqlarının müxtəlif aspektləri, inkişaf tarixi, əsas prinsipləri, həmçinin miqrasiya problemləri, qaçqınların hüquqlarının müdafiəsinə dair məsələlər müzakirə olunub.
Beynəlxalq treninqə müxtəlif ölkələrdən tanınmış hüquqşünas alimlər, nüfuzlu ali tədris müəssisələrinin professor-müəllim heyəti, beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumlarının təmsilçiləri qatılıblar. İxtisaslaşmış treninqdə müvafiq mövzular üzrə qruplarda müzakirələr keçirilib. Müzakirələrin yekunu olaraq davam etdirilən təqdimatlarda N.Mustafayeva çıxış edərək iştirakçıların diqqətini Ermənistanın Azərbaycana qarşı uzun müddətdən bəri davam edən təcavüzünə, beynəlxalq hüquq normalarına zidd olan, insan hüquqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə müşayiət olunan erməni terroruna yönəldib.
Treninqdə beynəlxalq münaqişə zolaqlarında olan insanların, qaçqın və məcburi köçkünlərin, miqrantların hüquqlarının müdafiəsi, sülh danışıqlarının formaları, sülhməramlılıq missiyası, eləcə də beynəlxalq dəniz və hava hüququ ilə bağlı faydalı məlumatlar və biliklər əldə olunub. Eyni zamanda, hərbi münaqişələr zamanı insan hüquqlarının, xüsusilə mədəni hüquqların müdafiəsi məsələləri müzakirə edilib.
Aparatın əməkdaşı treninq müddətində beynəlxalq təşkilatların təmsilçiləri, o cümlədən beynəlxalq ekspertlərlə görüşüb, Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi və təmini sahəsində fəaliyyətini, həmçinin mədəni hüquqların qoruması və təbliği istiqamətində həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb. İxtisaslaşmış beynəlxalq treninq-kursun sonunda iştirakçılara yoxlama xarakterli tapşırıqlar verilib, sınaqdan uğurla çıxan iştirakçılara sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB