1995-ci ilin mart hadisələri zamanı dövlətçiliyimiz, ölkəmizin suverenliyi uğrunda şəhid olmuş Milli Qəhrəman Əsgər Əliyevin xatirəsi doğulub boya-başa çatdığı Lənkəranda onun adını daşıyan parkda anılıb. SİA-nın verdiyi xəbərə görə, mərasimdə iştirak edən Milli Qəhrəmanın ailə üzvləri, müharibə iştirakçıları, hərbçilər, ictimaiyyət nümayəndələri Əsgər Əliyevin parkda ucaldılan büstü önünə gül-dəstələri düzüblər.
Anım tədbirində çıxış edənlər bildiriblər ki, Vətən, torpaq uğrunda şəhid olanlar, xalqına sədaqət nümunəsi göstərənlər heç vaxt unudulmur, onların xatirəsi qəlblərdə əbədi yaşayır.
Qeyd edilib ki, hərbçi Əsgər Əliyev 1995-ci il martın 17-də Azərbaycanda hakimiyyəti zorla çevirmək cəhdinin qarşısını alan zaman qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidentinin 1995-ci il 4 aprel tarixli Fərmanı ilə Əsgər Əliyevə ölümündən sonra Milli Qəhrəman adı verilib.
Tədbirin sonunda məktəblilər hərbi-vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB