Azərbaycanda Qlobal Ekologiya Fondunun Milli Dialoq seminarı keçirilib
12-13 noyabr 2018-ci il tarixlərində Azərbaycanda ilk dəfə Qlobal Ekologiya Fondunun Milli Dialoq seminarı keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Qlobal Ekologiya Fondunun (QEF) ölkələrə dəstək proqramı çərçivəsində təşkil olunan seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin digər aidiyyəti dövlət qurumları, IDEA İctimai Birliyi, BMT-nin İnkişaf Proqramı və Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Almaniya İnkişaf Bankı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Dünya Bankı, Dünya Vəhşi Təbiət Fondu və digər qeyri-hökumət təşkilatları iştirak edib.
Seminarın keçirilməsində məqsəd QEF-in dəstəyi ilə ölkədə fondun istiqamətlərinə uyğun fəaliyyətlərin müəyyən olunmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB