Ombudsman məktəblərin qışa hazırlığı ilə bağlı təhsil nazirinə müraciət edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ümumtəhsil məktəblərinin qış mövsümünə hazırlığının vəziyyəti ilə əlaqədar olaraq təhsil naziri Misir Mərdanova məktubla müraciət edib.
Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müraciətdə deyilir ki, respublikamızdakı orta ümümtəhsil məktəblərinin qış aylarına hazırlığının təmin edilməsi üçün bir çox təhsil müəssisələri istilik sistemi ilə təchiz edilib. Bu sahədə vəziyyətin araşdırılması məqsədilə Bakı şəhərinin orta məktəb şagirdləri arasında apardığımız sorğu nəticəsində məlum olub ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki 2 saylı Xocavənd məktəbi, Xətai rayonundakı 17, Binəqədi rayonundakı 272 və Nəsimi rayonundakı 292 saylı orta məktəblərdə istilik sistemi ilə bağlı problemlər var. Bu isə uşaqların keyfiyyətli təhsil almalarına, onların sağlamlığına mənfi təsir göstərir. Qeyd edilənləri nəzərə alaraq, bütün məktəb binalarının istilik sistemi ilə təmin olunması, xüsusilə adıçəkilən məktəblərdə problemin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi və nəticəsi barədə Ombudsman Aparatına məlumat verilməsi xahiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB