“Bir millətin inkişafında təhsil ən önəmli faktordur təhsil sahəsində görülən işləri dəstəkləyirik. Lakin orta məktəb müəllimlərinin xahiş etdiyi məsələ var ki, onun hökumət tərəfindən nəzərə alınnması zəruridir. Belə ki, orta məktəb müəllimləri də sosial ipotekada güzəştlərə əlavə edilsin. Onlar da güzəştli kateqoriyaya əlavə olunarsa, bu onlara övlətin dəstəkindən yararlanmağa imkan verəcək”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva Parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib.
Təhsil kreditləri ilə bağlı məsələyə toxunan deputat söyləyib ki, təhsil kreditlərinin həm həcmi, həm də əhatə dairəsi genişləndirilməlidir: “Onlarla gənc təhsil haqqını ödəməyə çətinlik çəkdiyi üçün oxumaqdan imtina etmək məcburiyyətində qalırlar. Xüsusilə də I kursa daxil olan gənclər belə çətinliklərlə daha çox üzləşirlər. Çünki, I kursda illik pulu gənclərimizdən bütöv şəkildə tələb olunur. Onlara da vəsaitin il boyu ödəmək şansı verilməlidir. Yataqxanaların sayı az olduğundan tələbələr kirayə pulu da ödəyirlər. Bu, rayonlarda yaşayanlar üçün maddi çətinliklər yaradır”.
Azərbaycanda autizm xəstələrinin sayının ildən-ilə artdığını deyən Q. Paşayeva deyib ki, bununla bağlı proqramlar olmalıdır: “Ailələr çıxılmaz vəziyyətdə qalıblar. Bu məsələnin nəzərdə saxlanılmasını xahiş edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB