Rusiyalı jurnalist ABŞ rəsmiləri tərəfindən saxlanıldı

Rusiyalı jurnalist ABŞ rəsmiləri tərəfindən saxlanıldı

FBI rəsmiləri Rusiyalı jurnalist, Rusiyanın İctimai Palatasının informasiya cəmiyyətinin, media və kütləvi kommunikasiyaların inkişaf etdirilməsi komissiya sədrinin birinci müavini Aleksandr Malkeviçi Vaşinqtonda hava limanında saxlayıblar. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ-ın Rusiyadakı səfirliyi ABŞ Dövlət Departamentindən rus vətəndaşının tutulması faktı ilə əlaqədar açıqlama tələb edib.

Rusiya Federasiyasının İctimai Palatasının məlumatına görə, Aleksandr Malkeviç ABŞ-ın Merilend əyalətinin qubernatorunun orta müddətli seçkilərində müşahidəçi olub. İctimai nəzarətin bir hissəsi olaraq, o, üç seçki məntəqəsində və respublikaçı partiyasının namizədi Larri Hoganın mərkəzi qərargahında müşahidəçi qismində iştirak edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə