Turistlər üçün ən təhlükəsiz ÖLKƏLƏR

Turistlər üçün ən təhlükəsiz ÖLKƏLƏR

İngilis İstehlakçı Dərnəyi turistlər üçün ən təhlükəsiz ölkələrin reytinqini nəşr edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ekspertlər 20 ənənəvi turizm yerlərini dörd- cinayət, sağlamlıq təhdidi, terror hücumları və təbii fəlakət göstəricilərinə görə təhlil ediblər.

Aparılan araşdırmaya görə, İslandiya turistlər üçün ən təhlükəsiz ölkə seçilib. Daha sonra Birləşmiş Ərəb Əmirlikləri və Sinqapur ilk üçlükdə yer alıblar.

Səyahət üçün əlverişsiz ölkələr siyahısına Cənubi Afrika və Tayland daxil olub. seçilib. Mütəxəssislər bu ölkələrdə cinayət dərəcəsinin və ciddi xəstəliklər riskinin olduğunu qeyd ediblər.

Ekspertlər Yaxın Şərq və Şimali Afrikadakı olan bəzi dövlətlərin Qərb ölkələrindən daha təhlükəsiz olduğunu qeyd ediblər. Belə ki, İordaniyada cinayət dərəcəsi İtaliya, Fransa və ABŞ-dan dəfələrlə aşağıdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə