Magistral kəmərlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar bu gün paytaxtın bir sıra ərazisində içməli su olmayacaq. “Azərsu” ASC-dən SİA-ya daxil olan məlumata görə, gün ərzində Yasamal və Səbail rayonlarının bir hissəsinə (Sovetski ərazisi, Nazirlər Kabinetinin ətrafı ərazilər), həmçinin Xətai rayonunun bir hissəsinə (Qara şəhər və Ağ şəhər adlananan ərazilər, N.Rəfiyev, M.Mehdizadə, X.Rüstəmov küçələri) içməli suyun verilişində fasilələr olacaq.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB