Deputat Aytən Mustafazadə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında büdcə zərfinə daxil olan “2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri müzakirəsi zamanı çıxış edərkən əlillər və ehtiyacı olan ailələrə ayrılan müavinətin artırılmasını təklif edib.
O bildirib ki, 50-60 manata olan müavinətlər artırılmalıdır: "Evdə oturan əlilər, pensiya alan ahıllar bunu hiss etmir. Lakin hər il artırılan 5-10 manatla heç nə etmək mümkün deyil. 144 manat alan pensiyaçı aldığını kommunal xərclərə verir, dərmanlarına kifayət etmir. Ötən gün büdcə müzakirələri zamanı Azərbaycan Belarusla müqayisə edildi. Lakin buna cavab olaraq maliyyə naziri Samir Şərifov bildirdi ki, Azərbaycanı Belarusla müqayisə etmək olmaz. Mən bunun əleyhinəyəm. Niyə Azərbaycanı belə ölkələrlə müqayisə etmək olmur. Azərbaycan bu gün geostrateji layihələrin həm təşəbbüskarı, həm də maliyyəçisidir”.
A.Mustafazadə söyləyib ki, ölkəmizin neft, qaz, qızıl ehtiyatları olmaqla yanaşı, kənd təsərrüfatı sahəsi inkişaf edir, insan kapitalına fikir verilir: “Azərbaycanın beynəlxalq reytinqlərdə mühüm yerləri tutur. Belə olan halda, ölkəmizi nəinki Belarusla və digər ölkələrlə də müqayisə etmək olar. 10 milyonluq Azərbaycan kiçik olmasına baxamayaq, böyük qüdrətli dövlətdir . Bu baxımdan vətəndaşlarımıza onlara layiq olan qayğını göstərə bilərik. Sosial yönümlü büdcə konkret rəqəmlərlə göstərilməli, maaş və müavinətlər artırılmalıdır”.
Daha sonra çıxış edən Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli söyləyib ki, tələbatla təminat düz mütənasibdir: “İldən-ilə rəqəmlər artır. Lakin bunlar gündəlik tələbata cavab vermir. Bu istiqamətdə addımlar davam etdirilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB