Daş karxanalarında monitorinqlər aparılır

Daş karxanalarında monitorinqlər aparılır

Noyabrın 8-də Əmlak Məsələləri Dövlət Komitəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə "Daş karxanalarında müasir idarəetmə və ekoloji tələblərin tətbiqi" mövzusunda "Dəyirmi masa" keçirir. SİA xəbər verir ki, tədbirin keçirilməsində məqsəd daş karxanalarının qanunvericilik prinsipləri əsasında qurulması, fəaliyyətinin genişləndirilməsi, müasir idarəetməyə əsasən yeniliklərin tətbiqidir.

Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov torpaqların təyinatı üzrə səmərəli istifadə olunması istiqamətində daş karxanalarında monitorinqlərin aparıldığını bildirib. Həmin karxanalarda istifadə olunan avadanlıqların mövcud texniki vəziyyəti təhlil edilir, onların norma və standartlara uyğunluğu yoxlanılır.

Tədbirdə daş karxanalarının idarəetmə baxımından mövcud vəziyyətini əks etdirən videoçarx nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə