"Ünvanlı sosial yardım uşaq pulu ilə əvəz edilsin"

"Ünvanlı sosial yardım uşaq pulu ilə əvəz edilsin"

“Bu gün Azərbaycanda doğum əvvəlki illərlə müqayisədə aşağı düşüb. Bunun qarşısının alınması istiqamətində yeni doğulan uşaqlara ayrılan müavinətin həcmi artırıla bilər”. SİA-nın xəbərinə görə, bunu deputat Elmira Axundova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında büdcə zərfinə daxil olan “2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri müzakirəsi zamanı çıxış edərkən deyib.

Deputat bildirib ki, bu gün bir çox ailələr yeni doğulan uşağa ayrılan birdəfəlik müavinəti əldə etməyi özünə sığışdırmır: “Çünki hər birimizə məlumdur ki, bu gün yeni doğulan uşağın xərci ona ayrılan müavinətin rəqəmindən 10 dəfə çoxdur. Bu baxımdan heç olmasa ailələrdə ikinci və uşaqlar dünyaya gələndə onlar üçün birdəfəlik mavinətin məblği birinci uşaqla müayisədə 100-200 manat artıq olsun. Bu, gənclərimizi stimullaşdıra bilər”.

E.Axundova çıxışı zamanı qeyd edib ki, bu gün ən çox rast gəlinən problemlərdən biri ünvanlı sosial yardımla bağlıdır: “Ünvanlı sosial yardım birdəfəlik ləğv olunsa daha yaşı olar. Bunun tamamilə özünəməşğulluqla əvəz olunması daha təqdirə layiq olar. Ünvanlı sosial yardım uşaq pulu ilə də əvəz oluna bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə