Uşaqlara müavinət verilməsi ilə bağlı yeni qanun layihəsi hazırlana bilər

Uşaqlara müavinət verilməsi ilə bağlı yeni qanun layihəsi hazırlana bilər

“Bu gün Azərbaycanda 1 milyondan çox qeyri-leqal məşğulluq var. Onların sığortaya cəlb olunması tendesniyası gözlənilir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli büdcə zərfinə daxil olan “2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri müzakirəsi zamanı çıxış edərkən deyib.

O bildirib ki, qeyri-leqal məşğulluğun azaldılması istiqamətində sahibkarlar üçün sığorta faizlərinin aşağı salınması gözlənilir: “Vergi tətbiqolunmada, sığortanın alınmasında köklü islahatların aparılması gözlənilir”.

Komitə sədri söyləyib ki. yeni doğulan uşaqlara təyin edilən birdəfəlik müavinətin həcminin artırılması nəzərdə tutulur: “Təklif edirəm ki, 3 yaşına qədər uşaqlara da müavinət verilsin. Hətta bununla bağlı yeni qanun da hazırlana bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə